SON XƏBƏR

"Çin NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyur" - Stoltenberq

İyul 01
09:56 2024
NATO Çini düşmən hesab etmir, lakin alyans rəhbərliyinin fikrincə, Pekin onun dəyərlərinə və maraqlarına meydan oxuyur.

"Report"un məlumatına görə, bu fikri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq "Yomiuri Shimbun" qəzetinə müsahibəsində deyib.

"NATO Çini düşmən hesab etmir, lakin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur", - o deyib.
 
Stoltenberq həmçinin iddia edib ki, Çin Tayvanı və ona qonşu ölkələri təhdid edir.

Bundan əlavə, NATO baş katibi Çini Rusiya Federasiyasına hərbi dəstək verməkdə ittiham edib. O bildirib ki, Pekin bununla İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook