"Çin silah istehsalı həcminə görə Rusiyanı ötüb" - İsveçli ekspertlər
Yanvar 28
08:38
2020
Rusiyanı ötüb keçməklə, Çin silah istehsalı və satışı həcminə görə, Amerika Birləşmiş Ştatlarından (ABŞ) sonra ikinci yerə çıxıb. Stoqholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SBSPİ) hazırladığı xüsusi hesabatın müəllifləri belə hesab edirlər.
2017-ci ildə dünyanın 100 nəhəng şirkətinin siyahısında ilk 20 yerdən 11 Amerika şirkəti, 6 qərbi Avropa və 3 Rusiya şirkəti yer alıb.
Top-100 şirkətlərdən Amerika şirkətlərinin toplam satış həcmi 226,6 milyard dollar, Rusiya şirkətlərininki isə 37,7 milyard dollar təşkil edib. O zaman analitiklərin əlində Çinin 4 əsas istehsalçısına aid məlumatlar olsaydı, onların hamısı satış həcmi 54,1 milyard olmaqla, ilk iyirmiliyə daxil olardı. Həm də onların 3-ü ilk onluğa düşərdi.
Bu gün sözügedən institutun analitikləri ilk dəfə Çinin silah satışı üzrə 2015-2017 illər üçün məlumatları əldə ediblər və Çinin müasir şərbi-sənaye sahəsi üçün daha dolğun vəziyyəti təsvir edə biliblər.
Ekspertlər qeyd edirlər ki, Çinin hərbi sənayesinin əsasını 10 ana şirkət və bir elmi-tədqiqat institutu təşkil edir. Hesabat müəllifləri onlardan 7-ni – ən nəhənglərini seçiblər.
AVIC (Aviation Industry Corporation of China) - əsas təyyarə və avionika istehsalçısı, CASIC (China Aerospace Science and Industry Corporation) - raketlər və kosmik texnika, CETC (China Electronics Technology Group Corporation) – elektronika və hərbi texnika üçün komponentlər, xüsusilə radarlar və proqram təminatı, NORINCO i CSGC (China North Industries Group Corporation i China South Industries Group Corporation) – aparıcı yerüstü texnika, CSIC i CSSC (China Shipbuilding Industry Corporation i China State Shipbuilding Corporation) – başlıca gəmiqayırma şirkətləri.
Hesabat hazırlanarkən institut ekspertləri şirkətlərin 2015-2017-ci illər üçün istehsalat fəallığı üzrə açıq məlumatlardan istifadə ediblər.
Bu şirkətlər adi silahların istehsalı üzrə 3 istiqaməti təmsil edirlər – aerokosmik, elektron və yerüstü texnika.
Çin şirkətləri arasında nəhəngləri aşağıdakılardır:
– AVİC. Onun payına ümumi milli həcmin 20,1 milyard dolları düşür. Bunun hesaına da şirkət top-100-də altıncı yeri tutur.
- NORİNCO – dünyada yerüstü texnika istehsalı üzrə nəhəngdir. Onun satış həcmi 17,2 milyard dollar təşkil edir.
İnstitutda diqqəti buna yönəldiblər ki, Çin istehsalçıları böyük hesabla, hansısa bir sahə üzrə ixtisaslaşırlar, digər ölkələrdə isə şirkətlər daha geniş məhsul spektrinə malik olurlar.
İnstitutun hesabatına görə, top-100 hərbi-sənaye şirkətləri arasında ilk 3 yeri amerikalı istehsalçılar tuturlar.