“Çin “TikTok” vasitəsilə milyonlarla insanın məlumatlarını ələ keçirə bilər” – ABŞ kəşfiyyatı
Mart 09
13:31
2023
"Çin "TikTok” vasitəsilə cihazlardakı məlumat və proqram təminatına nəzarət edə bilər”.
"AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vray, Kəşfiyyat Komitəsinin iclası zamanı deyib.
"Amerikalılardan bütün məlumatlarınızı və cihazınıza nəzarəti Çinə təhvil vermək istəyib-istəmədiklərini soruşsanız, əksər amerikalılar sizə "yox” cavabını verəcək” - deyə, Vray bildirib.