Çin və ABŞ-ı üz-üzə qoyan Tayvan niyə bu qədər önəmlidir?
Avqust 03
10:38
2022
Qaynarinfo Çin və ABŞ arasında mübahisəyə səbəb olan kiçik Tayvanın böyük iqtisadiyyatı haqqında beş faktı təqdim edir:
Tayvan hazırda dünyanın diqqətindədir. Bu kiçik, lakin qüdrətli Asiya pələnginə görə iki fövqəldövlət - ABŞ və Çin mübarizəyə qoşulub. Sonuncu Tayvanı öz ərazisi hesab edir, regionda "hərbi təlimlər” keçirir, həmçinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda ABŞ-ı açıq şəkildə hədələyir.
Çərşənbə axşamı günü Flightradar24 xidməti ziyarətçi axınına belə dözə bilməyib - onun köməyi ilə yüz minlərlə istifadəçi Asiya turu zamanı adaya uçan Pelosinin təyyarəsini izləyib.
Tayvan niyə belə vacibdir? Planetin texnoloji tərəqqisi Tayvana bağlıdır. Bir neçə onilliklər əvvəl Tayvan elektronikanın inkişafına "stavka” etdi və uduzmadı.
Burada adanın dünyadakı müasir rolu haqqında beş qısa faktı sadalayırıq:
1. Məhz Tayvanda dünyanın ən böyük mikroçip istehsalçısı - kapitallaşması 446 milyard dollara çatan TSMC (Taiwan Semiconductor Manufacturing Co) yerləşir. Bu şirkət dünyanın ən bahalı şirkətlərinin reytinqində 11-ciyerdədir.
"Reuters” çərşənbə axşamı bildirib ki, Nensi Pelosinin Tayvana səfər etmək niyyəti fonunda TSMC səhmləri təxminən 3% ucuzlaşıb.
2. TSMC-dən digər texnologiya nəhənglərinin bir sıra məhsullarının yaradılması asılıdır. TSMC-nin ən böyük müştəriləri arasında ABŞ-ın Apple şirkəti ilə yanaşı, AMD, ARM, Broadcom, MediaTek, Nvidia kimi şirkətlər də var.
3. Nikkei Asia platformasının aprel hesabatına əsasən, dünya mikroprosessorların tədarükünə görə bu adadan 66% asılıdır - bu, məhz Tayvanın bu super mühüm elementlər üzrə qlobal bazarda payıdır.
4. Tayvanın digər ən böyük şirkətləri arasında elektron rabitə bazarının liderləri D-Link, Zyxel Communications, Billion Electric və Comtrend, kompüter avadanlığı və elektronika istehsalçıları ASUS, Acer, MSI, Foxconn, HTC, Gigabyte Technology, Quanta Computer, Yageo və bir çox başqa şirkətlər var.
5. Tayvan ÜDM-I ümumi qlobal ÜDM-in 0,8%-ni təşkil edir. Statista xidmətinin məlumatına görə, Tayvanın ötən il cari qiymətlərlə təxminən 790 milyard dollar təşkil edən ÜDM-i 2026-cı ildə 1 trilyon dollar həddini keçəcək.