İnam Kərimovun işçiləri qanunları bilmir, yoxsa saya salmır?
İyul 17
15:00
2021
Kənd Təsərrüfatı Nazirliyi "yaş baramanın qurudulması məntəqələrinin stellaj və jalüz tipli pərdələrlə təchizatı" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, məbləği 1.349.840.94 manat təşkil edir. Ancaq müəmmalı məqam budur ki, dövlət portalında satınalmanın kotirovka üsulu ilə keçirildiyi qeyd edilib.
Qlobal.az xəbər verir ki, məbləği 1.349.840.94 manat təşkil edir. Ancaq müəmmalı məqam budur ki, dövlət portalında satınalmanın kotirovka üsulu ilə keçirildiyi qeyd edilib.
Satınalmanın qalibi "Elıtra Desıgn" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"Elıtra Desıgn" MMC 2020-1ci ilin yanvar ayının 13-də təsis edilib.
"Elıtra Desıgn" MMC 2020-1ci ilin yanvar ayının 13-də təsis edilib.
Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Kazımzadə 27, ev 7, qanuni təmsilçisi isə İsmayılzadə Məhəmməd Rafiq oğludur.
"Elıtra Desıgn" MMC fəaliyyət profili barədə məlumat yoxdur.
Maraqlıdır ki, Kənd Təsərrüfatı Nazirliyinin sifarişçi olduğu satınalmada qalib elan edilən "Elıtra Desıgn" MMC-nin hazırda dövlətə 8.899 manat borcu var.
"Dövlət Satınalmalarş Haqqında" qanunda isə iddiaçı qismində iştirak edən təşkilatların sifarişçi müəssisələrin tender komissiyalarına vergi borclarının olmaması barədə Dövlət Vergi Xidmətindən alınan arayışı təqdim etmələri tələb edilir. Belə olan halda isə Kənd Təsərrüfatı Nazirliyinin sözügedən satınalma üzrə formalaşdırdığı tender komissiyasına "Elıtra Desıgn" MMC-nin vergi borcu olmaması barədə saxta arayış vermələri, ya da nazirliyin satınalma komissiyasının şirkətin külli miqdarda vergi borcu olmasına göz yumduğu qənaəti yaranır.
Qlobal.az