SON XƏBƏR

Çində it əti festivalı başladı: etirazlara baxmadılar...

İyun 22
10:57 2020
Çinin Vuhan şəhərində ortaya çıxan və sürətlə dünyanı təsiri altına alan yeni növ koronavirus pandemiyası səbəbindən bütün diqqətlər bu ölkədə olsa da, etirazlara baxmayaraq it əti festivalına start verilib.

Qlobal.az xəbər verir ki, Quansi-Çjuan Muxtar Rayonunun Yulin şəhərində 10 gün davam edəcək "Liçi və İt Əti" adlı festivalda minlərlə it kəsilərək piştaxtalarda nümayiş etdiriləcək.

Heyvan haqları müdafiəçisi Peter Li isə festivalın yeni xəstəliklərə yol aça biləcəyini və sağlamlıq riskləri təşkil etdiyini vurğulayıb. O, ölkədə it əti ticarətinin qadağan olunması üçün qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Çində it ətinin dövriyəsi 12,3 milyon dollar həcmindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook