Çindən İbrahimoviçə fantastik maaş təklifi
Mart 12
21:56
2016
PSJ-nin ulduzu Zlatan İbrahimoviçə futbol tarixinin ən böyük təklifi gəlib.
Çinin "Şanxay Şenhua" klubu isveçli ulduza fantastik maaş təklif edib.
İbrahimoviçin PSJ ilə müqaviləsi yayda başa çatacaq və o, Fransa klubunu tərk etmək fikrindədir.
İsveçli futbolçunun İngiltərə Premyer Liqasında oynamaq istədiyi və bu ölkədən təkliflər aldığı da bildirilir. 34 yaşlı ulduzla həmçinin ABŞ klubları da maraqlanır.
Qaynar.info xəbər verir ki, Zlatana son təklif "Şanxay Şenhua"dan gəlib. İddialara görə, Çin klubu ona 1 illik müqavilə üçün 40 milyon avro (təxminən 75 milyon 512 min manat) təklif edib. Zlatan PSJ-də illik 15 milyon avro (təxminən 27 milyon 567 min manat) maaş alır. Bu reallaşsa, İbra futbol tarxində ən çox maaş alan futbolçu olacaq.
Qeyd edək ki, İbrahimoviç cari mövsümdə 38 rəsmi oyuna çıxıb və 31 qola imza atıb. Zlatan transferi ilə klublarına ən çox pul qazandıran futbolçu hesab olunur. "Malmö"dən "Ayaks"a 7.8, "Ayaks"dan "Yuventus"a 16, "Yuventus"dan "İnter"ə 24.8, "İnter"dən "Barselona"ya 69.5, "Barselona"dan "Milan"a 30 (bunun 6 milyon avrosu transferdən bir mövsüm əvvəl "Barselona"ya icarə haqqı olaraq verilib), "Milan"dan PSJ-yə 21 milyon avroya transfer olunub.
Qlobal.az