"İndiki vəziyyətdə mənim buranı qoyub getməyim kişiliyə sığır?!"
Yanvar 16
08:48
2017
Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev bugünlərdə yenicaq.az saytına müsahibə verib.
Futbolçu və məşqçi karyerasından söz açan "Zəif” məşqçi kimi "Neftçi”də qazandığı uğurlardan, İranda çalışmasından danışmaqla yanaşı, "Bakı”nı necə çempion etdiyinə də toxunub. Çempionatın sonuna 8 tur qalmış "zolaqlılar”ın "sükanı arxasına” keçdiyini və 5-ci yerdə olan komandanı çempionluğa daşıdığını xüsusi vurğulayıb.
Bunun ardınca isə Hacıyev Hafiz Məmmədovun prezidenti olduğu klubun "bostanına daş atmaqla” yadda qalıb. O həmçinin paytaxt təmsilçisinin icraçı direktoru Yaşar Seyidovu da unutmayıb. Həmkarımızın "bu gün "Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovla münasibətiniz necədi” sualına "zolaqlılar”la 2005/06 mövsümündə qızıl medallara sahib çıxan mütəxəssis belə cavab verib:
"Pis deyil. Ona mənim ürəyim ağrıyır, bədbəxtdi. Təsəvvür edin ki, komanda yox, prezident yox, "ququluquş” oturub o böyüklükdə bazanın ortasında…”Ardınca isə bunları bildirib: "Yaşarla bir yerdə işləmişik. Onun kimiləri kişiliyi "moddan salıblar”. İfadəmə görə üzr istəyirəm. Həyatda nə baş verir-versin, kişi yaltaqlıq etməz. Bu gün o dağılmış bir yerdən əl çəkə bilmir”.
Yaşar bəylə "Zəif”in ulduzunun barışmadığı hələ ikinci "zolaqlılar”ın baş məşqçisi olduğu dönəmdən hamıya məlumdu. Onların hər fürsətdəcə bir-birini "sancması” artıq adi hal kimi qimətləndirilir. Ancaq Böyükağa bəyin ilk ciddi uğura imza atdığı klub barədə "komanda yox, prezident yox” söyləməsini artıq birvaxtlar böyük qardaş adlandırdığı Hafiz bəyə, yumşaq desək, əlcək atması kimi dəyərləndirmək olar.
Bəs görəsən, Seyidov "mehriban düşmən”inin söylədiklərinə necə münasibət göstərir? Ümumiyyətlə, Yaşar bəy qeyd etdiyimiz müsahibə ilə tanışdı? Onunla əlaqə saxlayanda məlum oldu ki, daim mətbuatı yaxından izləyən "Bakı”nın icraçı direktoru Hacıyevin dedikləriylə tanışdı. Seyidov Böyükağa bəyin səsləndirdiyi fikirlərə belə reaksiya verdi:
"Ölkə mətbuatını gündəlik izlədiyimdən Hacıyevin müsahibəsiylə də tanışam. Böyükağa müəllim bizim işçimiz olub. Əvvəlcə müşavir kimi çalışıb, ardınca isə "Bakı”nı çalışdırıb. Bu gün istər mənim, istərsə də Hacıyevin elə yaş dövrüdü ki, səsləndirdiyimiz hər kəlməyə diqqət etməliyik. Həm Böyükağa müəllim, həm də mən ölkə futboluna yetərincə töhfə verməyi bacarmışıq. Onun müsahibədə dediyi fikirlərə gəlincə, ola bilsin, bunlar hamısı yaşla bağlıdı.
Uzun illər iddialı komandalarda baş məşqçi kimi çalışan, müəyyən uğurlara imza atan mütəxəssis indi işsiz qaldığına, fəal məşqçi fəaliyyəti ilə məşğul olmadığına, diqqətdən kənarda qaldığına görə müəyyən psixoloji sarsıntı keçirir. Bütün bunları nəzərə alıb Böyükağa müəllimə cansağlığı, gələcəkdə Azərbaycanın iddialı klublarında işləməyi arzulayıram. Ölkə futbolunda uğura imza atmış mütəxəssis kimi ona ancaq yaxşı şeylər arzulayıram”.
Yaşar bəy Hacıyevin "ququluquş” oturub, o böyüklükdə bazanın ortasında…” fikirlərinə də münasibət bildirməyi lazım bildi: "Yaxşı insanlar həmişə çalışdığı yerə, peşəsinə, çörək qazandığı yerə sadiqlik nümayiş etdirməlidi. Böyükağa müəllimi bilmirəm, ancaq mən həmişə belə görmüşəm, bu prinsiplə yaşamışam. Bu gün mən bazamızda tək deyiləm, ətrafımda aşağı yaş qruplarında çalışan məşqçilər, həvəskarlar liqasında çıxış edən komandamızın məşqçiləri və bazada çalışan texniki personal var.
Yəqin ki, onun bunlardan xəbəri yoxdu. Biz "ansambl”ı qoruyub saxlamışıq. Üç komandamız AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir, biri isə həvəskarlar liqasında çıxış edir. "Bakı”nın bu vəziyyətə düşməsinin səbəblərini Hacıyev bizdə işlədiyinə, "mətbəx”lə tanış olduğuna görə hamıdan yaxşı bilir. İndiki vəziyyətdə mənim buranı qoyub getməyim nə dərəcədə kişiliyə sığır?! Çalışacam ki, sona qədər, bu klub yenidən əvvəlki günlərinə qayıdana kimi burda olum. Bəziləri kimi çətinə düşən kimi aradan çıxmaq, özümə yeni iş yeri, yeni dostlar, qardaşlar tapmaq mənim xasiyyətimə yaddı. Bu yerdə Cabir Novruzdan bir bənd demək istəyirəm:
Birliyə gəlməyənlər, birlikdən danışanlar,
Yüz kökə ayrılanlar, bir kökdən danışanlar.
Dinsizlər, imansızlar, din-imandan danışanda,
Qorxaqlar səhər-axşam Koroğludan danışar”.
Heç şübhəsiz, Seyidov bu misraları dilə gətirməklə Hacıyevin "Yaşarla bir yerdə işləmişik. Onun kimiləri kişiliyi "moddan salıblar” fikirlərinə cavab verdi. "Siz bununla nəyə işarə edirsiz” sualına ikiqat ölkə çempionunun icraçı direktoru belə cavab verdi: "Mən kişiliyi klubunun düşdüyü vəziyyətdən çıxması üçün mübarizə aparan və bu yolda geri çəkilməyən, min-bir əziyyətə qatlaşan insanlara aid edirəm. Bu gün burda pul var, orda olum, sabah pul qutardı, başqa yerə üz tutum... Özünə yeni ağsaqqal axtarmağı peşə seçən, bunu həyat kredosu edən insanlara ictimaiyyət kənardan obyektiv qiymət verməyi bacarır”.
Yaşar bəy sonda Hacıyevə ismarıc göndərməyi də unutmadı: "Mən gözləyirdim ki, Böyükağa müəllim Məşqçilər Komitəsinin üzvü kimi "Bakı”nın bazasına baş çəkər, klubun hazırkı durumu ilə maraqlanar. Hər halda, məhz "Bakı” onun Azərbaycan futbolunda özünü təsdiq etməsinə, irəli getməsinə şərait yaradıb. Bu gün 42 futbolçusu ölkənin müxtəlif kılublarında top qovan, əsas yığmadan tutmuş, müxtəlif yaş qrupları üzrə millilərdə neçə-neçə yetirməsi çıxış edən klubla ən azı maraqlana, indiki durumu ilə tanış ola bilərdi.
Ancaq nədənsə o fərqli yol tutub və bizə rişxənd edir. Ancaq biz onu bağışlaya bilərik. Arzum budu ki, "Bakı” əvvəlki qüdrətini özünə qaytarsın, yetirmələri doğma yuvaya qayıtsın və çempion olaq. Həmin vaxt Hacıyevi - hələ onun nə yaşı var - komandaya baş məşqçi təyin edərik ki, arzusunda olduğu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni məhz "Bakı” ilə qazansın və bu istək onun ürəyində qalmasın. Başa düşürəm, indiki məqamda ona ağırdı, kənarda qalması onu bir qədər emosional edib, əsəblərinə təsir göstərib.

Ancaq "Bakı” ona bu şəraiti yarada bilər. Bu yerdə yenə tarixi faktı yada salmağa məcburam. Spartakın rəhbərlik etdiyi qullar üsyanı Romada süquta uğrayanda üsyana rəhbərlik edənlər edam cəzasına məhkum olundular. Dar ağacının önündə Antonino Spartaka deyir ki, biz harda səhv etdik, nəyə görə mübarizəmizi sona çatdıra bilmədik. Spartak isə "azadlığı hamı istəyir, ancaq ona görə heç kim ölümə getmək istəmir” söyləyir. Bu gün bizim əksər mütəxəssilərimiz yüksək şəraiti, geniş büdcəsi olan klublarda çalışmaq istəyir. Ancaq heç kim özünə əziyyət verib, aşağıdan yuxarı qalxmaq istəmir. Mən isə onlardan fərqli, əzab-əziyyətə qatlaşmağı sevirəm. Belədə bağ bar verəndə də ərklə həmin meyvədən ağızdolusu dadıram” (Futbol+).
Qlobal.az