İndiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub
Oktyabr 24
15:00
2017
1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bunun 111 milyard dollarını xarici investisiyalar təşkil edir.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev oktyabrın 24-də Bakıda "Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru" mövzusunda keçirilən beynəlxalq investisiya konfransında deyib.