İngiltərədə un və çörəyin qiyməti bahalaşır
Avqust 28
00:35
2020
İngiltərədə son 40 ilin ən pis taxıl biçini mövsümü başa çatdıqdan sonra emal sənayesi sektoru ölkədə un və çörəyin qiymətini artırmağa hazırlaşır.
"Qafqazinfo”nun məlumatına görə, bu barədə BBC News kanalının hazırladığı materialda bildirilir. Məlumata görə, fermerlər ötən mövsüm hava şəraitinin kəskin pisləşməsi səbəbilə ölkədə buğdanın məhsuldarlığının 40 faiz azala biləcəyini proqnozlaşdırırlar.
Nəticədə bəzi un emalı müəssisələri unun qiymətini artıq 10 faiz artırıblar və Brexitin nəticələri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi səbəbilə qiymətlərin daha da bahalaşacağına işarə vururlar.