"Çingiz Abdullayev istefa verməlidir" — Böyükağa Hacıyevdən şok açıqlama
Sentyabr 01
15:55
2016
"Neftçi"ni xeyli oyunçu tərk etib. Bu günlərdə isə Ruslan Qurbanov da "Qəbələ"yə keçid edib.
"Mənə qarşı haqsızlıq edildi və it kimi yanaşıldı. Bu, artıq son olduğundan, "Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də "Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər".
"Bəs bundan sonra komandada kim oynayacaq? Bu sualı "Neftçi"ni sevən hər kəsə ünvanlayıram".
Bu fikirləri Ölkə.Az-a açıqlamasında Azərbaycanın tanınmış futbol mütəxəssisi, "Neftçi"nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev paytaxt komandasında son dövrlər baş verələri şərh edərkən səsləndirib. Hacıyev bildirib ki, "Neftçi" güclülər dəstəsini tərk edə bilər:
"Bu gedişlə komanda Vəli Qasımovun qarşısına şərt qoyduqları kimi, nəinki ilk üçlüyə düşməyəcək, ola bilsin ki, aşağı diviziona yuvarlanacaq. Çingiz Abdullayev böyük yazıçıdır, hörmətimiz var. Amma o bilməlidir ki, futbol elmdir. Məhz bunu nəzərə alıb komandanın Müşahidə Şurasından könüllu surətdə istefa verməlidir".
Xatırladaq ki, bu günlərdə "Neftçi"dən "Qəbələ"yə transfer olunan millimiin hücumçusu Ruslan Qurbanov keçmiş komandası barədə bunları yazıb:"Mənə qarşı haqsızlıq edildi və it kimi yanaşıldı. Bu, artıq son olduğundan, "Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də "Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər".
Qlobal.az