SON XƏBƏR

Çingiz Abdullayev: "Kürdəmirə getmişdik, camaat icra başçısının hərəkətinə görə məndən üzr istədi"

Aprel 12
12:36 2019
"Bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla görüşə getmişdim. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı nə bizimlə görşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev "Report"a müsahibəsində deyib.

Yazıçı deyib ki, icra başçısı hətta müavininə onlarla görüşməyi qadağan edib: "Mən Azərbaycanın beş xalq yazıçısından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil. Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısı hətta müavinini belə bizim yanımıza buraxmadı. İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam. Sizi inandırım ki, Kürdəmir camaatı qayıdandan sonra mənə dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istədilər".

Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook