SON XƏBƏR

Çinin uyğur türklərinə qarşı hərəkətləri insanlığa qarşı cinayətdir - BMT

Sentyabr 01
13:30 2022
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı hesabatında elan edib ki, Çin hökumətinin Sincan əyalətindəki azlıqlara qarşı hərəkətləri beynəlxalq, xüsusilə insanlığa qarşı cinayətdir.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet dörd illik səlahiyyət müddətinin bitməsinə bir neçə saat qalmış çərşənbə günü axşam, açıqladığı hesabatda Uyğurların və digər müsəlman qrupların özbaşına və ayrı-seçkilik əsasında həbsinin miqyası haqda yazıb.

Bu hesabatda qeyd olunub ki, Çin hökuməti Sincan əyalətində qondarma "antiterror və ekstremizmlə mübarizə” strategiyalarını həyata keçirərkən, bu əyalətdə "ciddi insan hüquqları pozuntuları” baş verib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı Çin hökumətinə internat düşərgələrində, həbsxanalarda və təcridxanalarda saxlanılanların hamısını azad etmək üçün təcili tədbirlər görməyi tövsiyə edib.

Məcburi əmək düşərgələri ilə yanaşı, bu hesabatda Çində müsəlman uyğur türklərinin işgəncə, amputasiya, zorlama və zorla sterilizasiyası da qeyd olunur.
 
Hesabatda həmçinin qeyd olunub ki, 2017-ci ildən indiyə qədər, Çin hökuməti Sincan əyalətində əhaliyə məcburi nəzarət planlarını həyata keçirir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook