SON XƏBƏR

"İnşaatçıların" Sumqayıt "camaşırxanası"

Dekabr 22
09:30 2022
İnşaat Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2004-cü ildə yaradılıb. Kollec 2005-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərir. Kollec Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərməyinə baxmayaraq, müstəqil olaraq satınalmalar həyata keçirir. İnşaat Kollecinin keçirdiyi satınalmalarda da bəzi dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalarda olduğu kimi kifayət qədər şübhəli məqamlar var.
 
Qlobal.az İnşaat Kollecinin sifarişçi olduğu bir sıra satınalmalar üzərində araşdırmalar aparıb. 
 
Kollec yekun vurduğu ən son satınalmalar cari ilin dekabr ayının 13-də həyata keçirilib. 
 
Bu satınalmaların ümumi məbləği 81.793 manat təşkil edib. 
 
Bu satınalmalarda şübhəli məqam İnşaat Kollecinin eyni gündə yekun vurduğu hər üç satınalamada qalib elan edilən təşkilatların hüquqi ünvanlarının eyni ünvanda - Sumqayıt şəhərində yerləşməsidir: 
 
İnşaat Kollecinin bu ilin dekabr ayının 13-də "Maşın və avadanlıqların alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 49.875 manat, satınalmanın qalibi "DİSCOVERY AA" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2906788651) olub. 
 

 
"DİSCOVERY AA" MMC 2022-ci ilin avqust ayının 8-də təsis edilib. MMC-nin qanuni təmsilçisi Abdullayeva Sədaqət Həsən qızı, hüquqi ünvanı isə Sumqayıt şəhəri, 10-cu MKR, ev 42 mənzil 59 ünvanıdır. 
 
Kollecin dekabr ayının 13-də həyata keçiridiyi ikinci satınalma isə "Tikili və avadanlıqların cari təmiri" lotu üzrə olub. Bu satınalmanın məbləği 21.998 manat, qalibi isə "RPS" (VÖEN: 2901835771) Məhdud Məsuliyyətli Cəmiyyətidir.


 
"RPS" MMC 2009-cu ildə qeydiyyata alınıb. Bu MMC-nin qanuni təmsilçisi Əliyev Babək Ceyhun oğlu, hüquqi ünvanı isə Kollecin digər satınalmasında qalib edilən "DİSCOVERY AA" MMC ilə eyni hüquqi üvandadır: Sumqayıt şəhəri, 10-cu MKR, ev 42 mənzil 59.
 
İnşaat Kollecinin 13 dekabr tarixində yekun vurduğu sonuncu satınalma "Dəftərxana və təsərrüfat mallarının satın alınması" lotu üzrə keçirilib. Bu satınalmanın məbləği 9.920 manat, satınalmanın qalibi isə "SÜNBÜL SERVİS" (VÖEN: 2906791031) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 


 
"SÜNBÜL SERVİS" MMC "DİSCOVERY AA" MMC ilə eyni tarixdə - 2022-ci ilin avqust ayının 8-də qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Abdullayeva Sədaqət Həsən qızıdır. Abdullayeva Sədaqət Həsən qızı həm də "DİSCOVERY AA" MMC-nin qanuni təmsilçisidir. MMC-nin hüquqiq ünvanı SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 5/24, m. 7 ünvanıdır. 
 
Göründüyü kimi İnşaat Kollecinin 13 dekabr tarixində yekun vurduğu ümumi dəyəri 81.793 manat təşkil edən satınalmalarda qalib elan edilən təşkilatların ikisinin hüquqi ünvanı, ikisinin isə qanuni təmsilçiləri eyni şəxsdir. Bu isə satınalmanın əvvəlcədən razılaşdırılmış ehtimalını artırır. 
 
Maraqlıdır ki, İnşaat Kollecinin əvvəlki tarixlərdə həyata keçiridiyi satınalmaalrda da qalib elan edilən təşkilatlar mütləq əksəriyyəti Sumqayıt şəhərində yerləşir:
 


1. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 4850 AZN 

"TURAN-NQ" Məhdud Məsuliyyətli Cəmiyyəti
 
Hüquqi ünvanı: Sumqayıt şəhəri, 9 mkr, ev 53, m 40. 
 


2. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 4790 AZN 

"AVRO DİZAYN" Məhdud Məsuliyyətli Cəmiyyəti
 
Hüquqi ünvanı: Sumqayıt şəhəri, MƏH 20, ev 589, m. 4


 
3. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 4744 AZN 

"Milla" Məhdud Məsuliyyətli Cəmiyyəti
 
Hüquqi ünvanı: Sumqayıt şəhəri, 9 MKR, ev 52A, m. 19


4. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 1470 AZN 

"CORDOBA-2017" Məhdud Məsuliyyətli Cəmiyyəti 
 
Hüquqi ünvanı - Sumqayıt şəhəri, 18 MKR, ev 29, m. 54


 
5. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 4500 AZN   

"Kometa-15" Məhdud Məsuliyyətli Cəmiyyəti 
 
Hüquqi ünvanı - Sumqayıt şəhəri, MƏH 14, ev 2/29, m. 36
 
İnşaat Kollecinin yuxarıda qeyd edilən satınalmalarının qalibi olan MMC-lərin heç birinin fəaliyyət profili, faktiki ünvanı, işçi sayı barədə məlumat yoxdur. Eyni zamanda bu şirkətlərin hansı lisenziyalar əsasında fəaliyyət göstərdikləri barədə də informasiyalara rast gəlinmir. 
 
Qeyd edək ki, İnşaat Kollecinin direktoru Namiq Ağamalıyevdir. 
 
Kollecin nəzdində fəaliyyət göstərdiyi Azərbaycan Memarlıq və İnşaat Kollecinin rektoru isə Gülçöhrə Məmmədovadır. 
 
 
Gülçöhrə Məmmədova
 
İnşaat Kollecinə qəbul "Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri”, "İnformasiya texnologiyası sistemləri”, "Tikinti məmulatları və konstruksiyaları istehsalı”, "Nəqliyyat vasitələrinin təmiri və servisi", "Dizayn”, "Bina və qurğuların tikintisi və istismarı”, "Qaz təchizatı sistemi və avadanlıqların quraşdırılması və istismarı”, "Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlıqları” və "Geodeziya və xərtiçilik” ixtisasları üzrə aparılır. 

Memarlıq və İnşaat Universitetindən və İnşaat Kollecindən xəbərə münasibət öyrənə bilmədik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook