SON XƏBƏR

“İnsan səsi” Milli Dram Teatrında

İyun 09
15:43 2017
İyunun 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik zalında Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı "İnsan səsi” tamaşası təqdim ediləcək.
 
Tamaşa fransız yazıçısı və kinorejissoru Jan Koktonun mono-pyes kimi qələmə aldığı "İnsan səsi” əsərinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.
 
Bu haqda AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
 
"Səhnə əsərinin elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri Əməkdar Artist Fərhad İsrafilovdur. Tamaşa tənha qadının faciəsi üzərində qurulub. Beş illik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır. Müəllif əsərdə atılmış qadının sonsuz iztirablarını, uğursuz sevginin gətirdiyi intiharı təsvir edir. Şəhla Əliqızının yozumunda canına qıymış qadının narahat ruhunun iki dünya arasındakı çaşqınlığı əks olunub və narahat ruh nəhayət öz yolunu tapır”, - deyə C.Zeynallı söyləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook