SON XƏBƏR

İnsanlar 1000 il sonra necə görünəcəklər?

Yanvar 30
14:31 2018
İnsanların 1000 il sonra necə görünəcəkləri barədə müxtəlif fərziyyələr irəli sürülür.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, son 130 ildə insanların boyundu ciddi uzanma müşahidə edilir. 

Texnologiyanın inkişafı eşitmə və görmədəki problemlərin aradan qaldırılması ilə nəticələnir. Bu proses, insan və texnologiyanın birləşməsi şəklində baş verir. Qulaqlara müxtəlif cihazlar yerləşdirilir, Oreqon Universiteti isə görmə qüsurlu insanlar üçün bionik gözlər layihəsi üzərində işləyir.

Dəyişən təkcə insanın fiziki görünüşü deyil. Genetik dəyişikliklər də baş verir. Oksford Universiteti tərəfindən həyata keçirilən araşdırma Cənubi Afrikada HIV virusu daşıyıcıları olan uşaqların həyatlarına normal davam etdiklərini ortaya qoyub. Gələcəkdə gen üçün cihazlarla immunitetimizi idarə edə, xəstəliklərə qarşı dözümlü vəziyyətə gətirə bilərik. Yaşlanmanın gecikdirilməsi də gözlənilən inkişaflar arasındadır.

İnsanın təkamülü Marsa getməklə ciddi istiqamətdə dəyişə bilər. Mars Yerlə müqayisədə 66% daha az Günəş işığına məruz qalır. Bu, Marsda yaşayan insanların daha iri gözbəbəklərinə sahib olması deməkdir. Həmçinin bu planetdə cazibə qüvvəsi daha azdır və bu fakt, insanın daha hündür olması ilə nəticələnəcək.

Ölümsüzlük məsələsi isə böyük ehtimalla insanın yaddaşının cihaza yüklənməsi şəklində olacaq. Hazırda Çin və İtaliyalı alimlər bu fərziyyənin mümkünlüyünü sübut etməyə çalışırlar.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook