İran İnqilab Keşikçiləri Korpusunun Qüds komandiri Qasım Süleymaninin "Instagram" hesabı bağlanıb.
Qlobal.az xəbər verir ki, 888 min izləyiciyə sahib hesab artıq aktiv deyil.
Qeyd edək ki, ABŞ, İran İnqilab Keşikçiləri Korpusunu 8 apreldə terror təşkilatı elan edib. Qərar ötən gün qüvvəyə minib.