“İnternetin keyfiyyətinə biz nəzarət etmirik” - Dövlət Xidməti
İyul 29
14:50
2022
2022-ci ilin 1-ci yarımilliyi ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə internet xidmətlərinin keyfiyyəti ilə bağlı 44 müraciət daxil olub.
Bu barədə "Report”un sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Qurumun açıqlamasında deyilir ki, internetin keyfiyyətinə nəzarət etmək səlahiyyəti onlarda deyil, başqa qurumdadır:
Qeyd edək ki, son zamanlar Azərbaycanda internet provayderlərinin sayı artır. Həmin provayderlərin bəziləri yalnız bir ərazidə fəaliyyət göstərir. Öz fəaliyyətini genişləndirmək istəyən bəzi şirkətlər isə bazarda inhisarçılığın olmasından narahatdır. Belə ki, yeni tikilən yaşayış kompleksləri yaxud biznes mərkəzlərin sahiblərini özləri yeni provayder qeydiyyatdan keçirərək həmin binada yalnız onun internet xidmətlərindən istifadə edilməsinin mümkün ola biləcəyini şərtini qoyurlar.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) də "Report"un sorğusunu cavablandırıb. Nazirlikdən bildirilib ki, qanunvericilikdə internet provayderlərinin fəaliyyətini tənzimləyən müddəa yoxdur:
"Hazırda milli qanunvericilikdə birbaşa internet provayderlər/operatorların fəaliyyətini tənzimləyən qaydalar mövcud deyil. Lakin nazirlik tərəfindən sahənin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Hazırlanması nəzərdə tutulan layihələr internet idarəçiliyi, xüsusilə də internet provayderlər/operatorların fəaliyyətinin tənzimlənməsi sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, mövcud problemlərin böyük əksəriyyətinin həll edilməsini təmin edəcək".