SON XƏBƏR

İnterpolun rəhbəri Çində yoxa çıxdı

Oktyabr 05
14:46 2018
İnterpolun prezidenti Men Hunvey sentyabrın 29-da Çinə səfər etdikdən sonra artıq bir həftədir ki, telefon zənglərinə cavab vermir.

Virtualaz.org "Europe 1” radiosuna istinadən xəbər verir ki, 64 yaşlı beynəlxalq polis təşkilatı rəhbərinin yoxa çıxması barədə onun həyat yoldaşı məlumat verib. Qadın uşaqları ilə birlikdə Fransanın Lion şəhərində yaşayır.

Faktla bağlı araşdırma başlanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook