“İntizar” operasının tamaşası keçiriləcək
Dekabr 01
19:50
2015
Dekabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar” operasının tamaşası keçiriləcəkdir.
Bir neçə il bundan əvvəl yeni quruluşda səhnəyə qoyulmuş, 2014-cü ildə isə yeni redaksiyada tamaşaçılara təqdim edilən opera bütün zamanlar üçün aktual olan bir mövzuda – Xeyir və Şər qüvvələr arasında mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti və s. həsr edilmişdir. Tamaşada həmçinin təbiət gözəlliklərinin təsvirinə də geniş yer verilmişdir.
Opera tamaşasının libretto müəllifi professor Nərgiz xanım Paşayeva, yeni redaksiyanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rəssam isə Xalq rəssamı Tahir Tahirovdur.
Tamaşada əsas rolları Xalq artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa edəcəklər.