SON XƏBƏR

İpoteka krediti götürmək istəyənlərə şad xəbər

Aprel 06
01:47 2018
Bu kredit növü üzrə sığorta tarifləri aşağı salınacaq. Qeyd edək ki, tariflərin 10-15 faiz endirilməsi nəzərdə tutulur.

İpoteka kreditləri üzrə sığorta tarifləri endiriləcək.

Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə həyat sığorta şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü baş tutub. Görüşdə Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və İpoteka Fondunun rəhbərliyi iştirak edib. Görüşün əsas müzakirə mövzusu İpoteka Fondunun "İpoteka haqqında" qanunun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi olub.

Görüşdə tərəflər mövqelərini ifadə ediblər və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb. Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəylinin sözlərinə görə, görüş zamanı ipoteka kreditləri üzrə sığorta tariflərinin endirilməsi barədə razılığa gəlinib.

Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook