SON XƏBƏR

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə Azərbaycanda 21 mindən artıq ipoteka krediti verilib

Yanvar 09
15:18 2018
"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
 
Fonddan bildiriblər ki, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə 21 min 277 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 944 milyon 911 min 088 manatdan çoxdur.
 
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu" yaradılıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook