Iqtisadçı alim: "Rənglər qızıl suyu ilə qatışdırılır ki, asfaltda çox qalsın..."
İyun 13
22:02
2020
Yolların rənglənməsi üçün 26 milyon 982 min 914 manat 50 qəpik vəsait ayrılıb. Sifarişi verən Bakı Nəqliyyat Agentliyi, icraçı "Yol Xətt” MMC-dir.
İddia olunur ki, rənglər qızıl suyu ilə qatışdırılır ki, asfaltda çox qalsın...
Son 3 ildə yolların rənglənməsi üçün dövlət büdcəsindən "Yol Xətt” MMC-yə 26 milyon 982 min 914 manat 50 qəpik pul "ayrılıb”. Onun 4 milyon 779 min 364 manatı 2020-ci ilin mayında, 5 milyon 556 min 976 manat isə 5 iyun 2020-ci ildə ayrılıb. Bununla əlaqədar olaraq, Bakı Nəqliyyat Agentliyi "Yol Xətt” MMC ilə əlavə müqavilə imzalayıb. Görünür ki, Bakı yollarında sarı xətlər "qızıl suyu" ilə qarışdırılır, ona görə də layihənin dəyəri bu qədər şişirdilib.
Tenderlərin açıq və rəqabətli olmaması ucbatından hər ay yüz milyonlarla büdcə vəsaitlərinin son təyinatından kənarlaşdırılmasına və büdcənin talanmasına gətirib çıxarmasına və on illərdir ki, eyni hal təkrar olunmasına baxmayaraq yenə də bu korrupsiya əməliyyatları bu gün də, hətta pandemiya dövründə də davam edir.
Bir sözlə korrusioner məmurlar oğru sahibkarlarla dövlət büdcəsini talayırlar. Necə deyərlər dəyirman öz işində çak-çak baş ağrıdır. Hələ utanmadan da deyirlər ki, ölkədə korrupsiya ilə mübarizə başlayıb. Nə qədər ki, şəffaflıq və hesabatlıq təmin edilmir, tenderlər açıq və rəqabətli deyil, məmurlar gəlirləri və əmlakını bəyan etmir, bir o qədər də korrupsiya ilə mübarizə sözü yalnız siyasi təbliğat üçün vasitə olaraq qalacaq. Ortalıqda da talanan dövlət büdcəsi ilə 190 manata həsrət qalan Azərbaycan vətəndaşları qalacaq.
Qubad İbadoğlu
İqtisadçı alim
Yazı müəllifin feysbuk səhifəsindən əldə edilib.
Qlobal.az