İqtisadçı: "BTQ Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirir"
Oktyabr 02
14:09
2019
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin regiona və ümumlikdə Azərbaycana çox böyük mənfəət gətirəcəyi bildirilir. Bu istiqamətdə isə nəzərəçarpacaq rəqəmlər qeydə alınıb. Belə ki, bu ilin I yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan hissəsi ilə 1 milyon ton tranzit yük daşınıb. Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 milyon ton tranzit yük daşınıb. Bunun da 25%-i BTQ-nin payına düşüb. Azərbaycan yarım il ərzində bu daşımalardan 150 milyon manat gəlir əldə edib.
İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionda Azərbaycanın tranzit mövqeyinin möhkəmləndirməsi üçün əhəmiyyətli addımdır: "Hazırda bir sıra parametrlərinə görə sözügedən dəmir yolu alternativlərindən daha əlverişli mövqeyə malikdir. Eyni zamanda, Azərbaycan üçün əhəmiyyətə malik olan məqam isə odur ki, ölkənin geoiqtisadi mövqeyini gücləndirməsidi".
"Gələcəkdə yerli istehsalçılar belə bu layihənin üstünlüklərindən istifadə etməklə, məhsullarını daha aşağı qiymətlə ixrac edə bilərlər"
O əlavə edib ki, bu dəmir yolu vasitəsilə yüklərin Asiyadan Avropoya çatdırılma müddəti iki həftəyə qədər azalır: "Həmçinin, layihə ölkədə istehsal edilmiş məhsulların da həm Asiyaya, həm Avropa bazarlarına ixracının daha asan şəkildə təşkilini nəzərdə tutur. Gələcəkdə yerli istehsalçılar belə bu layihənin üstünlüklərindən istifadə etməklə, məhsullarını daha aşağı qiymətlə ixrac edə bilərlər. Bu isə qiymət rəqabətliliyinin təmin edilməsində vacib şərtlərdən biridir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu kifayət qədər potensiala malik layihədir”.
R.Həsənov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin vacibliyinin digər məqamına da toxunub. O, Bakı-Tbilisi-Qars vasitəsilə sərnişin daşımanın Azərbaycanın turizm sektoruna böyük töhfə verə biləcəyini vurğulayıb: "Bu dəmir yolu vasitəsilə həm Avropadan, həm Asiyadan insanların daha ucuz şəkildə daşınması həyata keçirilərsə, bu, ölkənin turizm sektorunun inkişafını dəstəkləyə bilər”.
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan "ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daha bir neçə yeni növ yük daşımağa başlayıb. Məlumata görə, buna BTQ-nin yaratdığı yeni cəlbedici imkanların hesabına nail olunub. Belə ki, aparılan danışıqlar nəticəsində, bu dəfə sınaq məqsədilə Türkiyədən Türkmənistana qarışıq yüklər daşınıb. 12 yük avtomobili ilə Türkiyənin Qars stansiyasına çatdırılan yüklər, burada "ADY Express”ə məxsus və təqdim etdiyi 4 ədəd yarımvaqona aşırılaraq, yola salınıb. Gürcüstanın Axalkalaki stansiyasında təkər cütləri dəyişdirildikdən sonra, vaqonlar Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılıb, buradan isə Türkmənbaşı limanına bərə vasitəsi ilə nəql edilib.
220 tonadək yük Türkiyədən Türkmənistana qısa müddət ərzində - 5 günə çatdırılıb. Bu isə ənənəvi avtomobil yolu ilə daşımadan fərqli olaraq, tranzit vaxtının azı 2 dəfə azalması deməkdir. Bunu avtomobil yollarında və sərhədlərdəki sıxlıq ilə yanaşı, dəmir yolunun sürət və çevikliyi ilə əlaqələndirmək olar. İmzalanmış müqaviləyə əsasən, "ADY Express” 50 min ton bu növ yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəqlini həyata keçirəcək.
Mənbə: finans.az