İqtisadçı Vüsal Qasımlının müsahibəsini təhlil etdi: "İqtisadi artım zəifləyir..."
Sentyabr 16
02:16
2021
Natiq Cəfərli
"Report.az"da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının müsahibəsini maraqla oxudum, bəzi tezislərinə qeydlərim var.
Tezis 1: İcmal büdcənin bu ilin ilk yarısında 2,6 milyard manata yaxın profisiti dövlətin aktivlərini artırır.
Qeyd: Pandemiya üzündən iqtisadi aktivliyin azaldığı dövrdə bütün hökumətlər əlavə təşviq paketləri qəbul edir, biznesə və əhaliyə yardımları artırır, iqtisadiyyatın çarxlarının dönməsinə kömək göstərir. Vətəndaşlara yardımlar edilir ki, xərcləri artırsınlar, vətəndaş xərclədikcə iqtisadiyyat canlanır, bu, biznesə də dəstək olur. Yəni icmal büdcədə artıqlığın (profisitin) yaranması indiki zamanda nə qədər fəxr edilməli və ya "uğur” kimi vurğulanmalı məsələdir? Bəlkə tam əksinə, xərcləmələri, biznesə, vətəndaşa yardımları artırmaq daha doğru olardı?
Tezis 2: Bu ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Neft Fondundan transfert istisna olmaqla 11,2% artıb, xərclər 1,2% azalıb.
Qeyd: Büdcə gəlirlərinin artması yaxşıdır, bəs xərcləri nədən azaldırlar? Tam tərsi olmalı deyilmi? Hətta Avropa İttifaqı ölkələri büdcə xərcləmələrinə sərt nəzarəti aradan qaldırır, xərcləmələrin artması yolu ilə iqtisadiyyata dəstək olmağa çalışır. Azərbaycanda elə bir primitiv iqtisadi sistem qurulub ki, büdcə xərcləmələri olmasa, iş yerləri yaranmır, iqtisadi artım zəifləyir – problem budur.
Tezis 3: Bu ilin birinci yarısında Dövlət Vergi Xidməti büdcə qarşısında proqnoza 24,4%, Dövlət Gömrük Komitəsi 14,6% çox əməl edib.
Qeyd: Vergi və gömrük daxilolmalarının artması ümumən müsbət məsələdir, amma artım nəyin hesabına olub? Bu ilin ilk rübündə ümumi daxili məhsulda (ÜDM) artım qeydə alınmadı, hətta yanvar ayında ÜDM keçən ilin yanvar ayına nisbətən 2,5% azalmışdı. Deməli, vergi-gömrük daxilolmalarının artması iqtisadi fəallığın yüksəlməsi hesabına başa gəlmir.
Çox güman, daxilolmalar vergi-gömrük sahəsində "ağartmanın” nəticəsidir. Təbii ki, iqtisadiyyatın "ağarması” müsbət tendensiyadır, amma bu addımın digər komponentləri, kompleks yanaşma olmayanda ödənən hər manat istehlakçının cibindən çıxır! Vergi-gömrük kolxoz deyil ki, plandan əlavə məhsul yığımı ilə fəxr etsin, iş adamının ödədiyi hər artıq manat qiymətlərin artmasına, bahalığa səbəb olur, bunu sonda vətəndaş ödəyir.
Ölkədə qiymət artımının sürətlə getməsinin əsas səbəblərindən biri məhz vergi-gömrük siyasətinin doğru qurulmamasıdır. Gömrük rüsumlarının və vergilərin ölkənin tələbatına uyğunlaşmadan "hərfi” tətbiqi bahalığı, inflyasiyanı artırır. Ölkədə istehsalı olmayan və ya çox az olan məhsullara ən yüksək gömrük rüsumlarının tətbiqi, gömrük orqanlarının özbaşına qiymətqoyma siyasəti və özlərinin təyin etdiyi qiymətdən rüsum, əlavə dəyər vergisi hesablama praktikası büdcəyə əlavə vəsait gətirsə də, iş adamlarına yük olur, sonda vətəndaş bunu cibindən ödəyir.
Tezis 4: Azərbaycanda pul bazası 2020-ci ilin əvvəli ilə müqayisədə hazırda 23%-ə qədər genişlənib, amma inflyasiya aşağı həddə qalır.
Qeyd: Pul bazası az qala 25% artıbsa və inflyasiya, Vüsal müəllimin dediyinə görə, aşağı həddədirsə, deməli, ölkə iqtisadiyyatı xəstədir. Ya inflyasiya doğru hesablanmır, ya da daha böyük, xroniki problemlər var. Yəni iqtisadi nəzəriyyəni şübhə altına qoyan məsələdir, fəxr mənbəyi yox, ciddi araşdırma mövzusudur. Ona görə də insanlarımız dövlətin rəsmi rəqəmlərinə, əsasən də inflyasiya ilə bağlı aşağı rəqəmlərə inanmır, hər gün mağazalarda gördüyü qiymət artımı ilə rəsmi mediadan, məmurlardan eşitdiyi aşağı inflyasiya rəqəmləri toqquşur, bu isə vətəndaş-dövlət münasibətləri üçün ciddi təhlükədir.