SON XƏBƏR

İqtisadçıdan Gömrük Komitəsinə sual: "Atam, soyğunçuluq nə vaxtdan ekoloji aksiya sayılır ki?!"

Yanvar 05
17:01 2021
İqtisadçı ekspert Natiq Cəfərli xaricdən avtomobil alınması və Azərbaycanın Gömrük Komitəsinin tarifləri barədə müqayisə aparıb. 
 
Qlobal.az xəbər verir ki. ekspert bu barədə sosial şəbəkədə yazıb:
 
 
Natiq Cəfərli
 
"Cəmi 5 dəqiqə zaman xərclədim, xarici şirkətlərin biri ilə danışdım, ABŞ-dan hibrit avtomobil tapdım, Nissan, motor həcmi 2500 sm, 2011-ci il, 1500 dollara satışa qoyublar, 100 dollar da endirim edəcəkləri söylədilər, Gürcüstana 1,5 aya və cəmi 1000 dollara çatdıracaqlarını dedilər. Bizim şanlı Gömrük Komitəsi isə mənə deyir ki, bu avtomobili alıb Bakıya gətirsən 10276 manat 60 qəpik vergi-rüsum ödəyəcəksən, hətta xəbərdarlıq da edir ki, bax ha, sənin qiymətinə inanmıram, bu hələ 1500 dollar qiymətlə olan ödənişlərdir, özümüz qiymət qoya, yenidən daha artıq hesablaya bilərik.

Sonra da hökumət deyir ki, biz ekologiyanı sevirik, ala, belə də ekologiya olar ala?! Atam, soyğunçuluq nə vaxtdan ekoloji aksiya sayılır ki?!".
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook