İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edib
Noyabr 22
13:58
2017
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Təcrübə Proqramını elan edib.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT və ya hüquq ixtisasları üzrə təhsil alan və ya təhsilini başa vurmuş gənclər mərkəzə müraciət edə bilərlər. Təcrübə Proqramına qoşulmaq istəyənlər aşağıdakı tələblərə cavab verməlidirlər: məntiqi və analitik düşünmə qabiliyyəti; xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti; yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir), ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.
Proqrama qoşulmaq istəyənlər noyabrın 30-dək [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərə və ya buradan qeydiyyatdan keçə bilərlər. Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Qlobal.Az