İqtisadiyyat Nazirliyi deputatın şirkətində yoxlamalara başlayıb? - FOTO
Avqust 05
17:37
2022
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Kristal Abşeron" MTK-da yoxlamalara başlayıb.
Qlobal.az-ın əldə etdiyi məlumata görə Dövlət Xidmətinin apardığı yoxlamaya səbəb "Kristal Abşeron" MTK-nın vergi müəkəlləfiyyətini yerinə yetirməməsi ilə yanaşı, istehlakçıların hüquqlarını pozmasıdır.
Qeyd edək ki, "Kristal Abşeron" Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış binalarının tikintisi ilə məşğuldur.
"Kristal Abşeron" MTK-nın deputat Ağalar Vəliyevə məxsus olduğu bildirilir.

İpoteka və daxili kredit hesabına müştərilərə mənzil təklif edən "Kristal Abşeron" MTK qiymətlərin baha olmasına görə ən çox şikayət olunan şirkətlərdəndir.
"Kristal Abşeron" MTK-nın deputat Ağalar Vəliyevə məxsus olduğu bildirilir.
Qeyd edək ki, bir müddət öncə yerli media "Kristal Abşeron" MTK Lökbatan qəsəbəsində məcburi köçkün və şəhid ailələri üçün inşa edilən "Qobu" layiəsində sifarişçi təşkilat olan "Paşa Holding"i aldatdığı, layihəni keyfiyyətsiz inşa etdiyini yazırdı.
Qlobal.az "Kristal Abşeron" MTK-dan xəbərə münasibət öyrənib. Mtk-nın açıqlamasında deyilir: "Bildirmək istəyirik ki, müraciətdə qeyd olunan məsələlər əsassızdır və həqiqəti əks etdirmir. "Kristal Abşeron" MTK tərəfindən mükəlləfiyətinə uyğun olaraq büdcə qarşısındakı bütün öhdəlikləri mütəmadi olaraq tədiyələr üzrə vaxtında icra olunur və 01.08.2022-ci il tarixinə qədər olan dövr üzrə tam şəkildə həyata keçirilmişdir. "Kristal Abşeron” MTK fəaliyyətdə olduğu bütün dövr ərzində heç bir vergi pozuntusuna yol verməmişdir. Bu isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (əvvəlki adı Vergilər Nazirliyi) tərəfindən mütəmadi olaraq aparılmış səyyar vergi yoxlamaları ilə öz təsdiqini tapmışdır.
Əlavə olaraq qeyd edək ki, hal-hazırda "Kristal Abşeron” MTK-da heç bir vergi yoxlaması aparılmır".
Əlavə olaraq qeyd edək ki, hal-hazırda "Kristal Abşeron” MTK-da heç bir vergi yoxlaması aparılmır".
Qlobal.az