İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin müddətini uzadıb
Oktyabr 11
08:33
2016
İqtisadiyyat Nazirliyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin 94,13 hektarlıq ərazisində xarici elektrik təchizatı sisteminin çəkilişi işlərinin satın alınması məqsədi ilə elan etdiyi açıq tenderin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
İddiaçılar tender təklifini və bank zəmanətini noyabrın 8-nə qədər, digər sənədləri isə oktyabrın 28-nə qədər şirkətin Bakı şəhəri, Xocalıprospekti,37 ("Demirchi Tower") ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.
Tender təkliflərinə noyabrın 10-da saat 17:00-da adı çəkilən ünvanda baxılacaq.
Qlobal.az