İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmək imkanları genişləndirilib
Avqust 01
11:29
2016
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına sahibkarların birbaşa elektron qaydada müraciət etməsi üçün [email protected] poçt ünvanı yaradılıb.
Qlobal.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ünvan vasitəsilə sahibkarlar təkrar şikayətlərini Nazirliyin Apellyasiya Şurasına elektron qaydada da göndərə bilərlər. Elektron müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılaraq nəticəsi barədə müraciət edən şəxsə rəsmi məlumat veriləcəkdir.
Bundan başqa, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olması məqsədilə Nazirliyin www.economy.gov.az saytında elektron müraciət üçün xüsusi bölmə də fəaliyyət göstərir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına indiyədək 22 müraciət daxil olub. Bu müraciətlərin 21-i mövzu və prossesual baxımından İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının predmeti olmadığından, mahiyyəti üzrə baxılması üçün Nazirliyin aidiyyəti strukturlarının icraatına verilib. 1 müraciətə isə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilib və nəticəsi barədə sahibkara rəsmi məlumat verilib.
Qlobal.az