İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
Avqust 10
20:14
2016
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə İqtisadiyyat Nazirliyinə qanunla müəyyən edilmiş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin "Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görmək səlahiyyətinin verildiyi qeyd olunur.
Qlobal.az