İran 44 günlük savaşda Zəngilandakı fəaliyyətinə aydınlıq gətirdi - “Xudafərin su anbarını qoruyurduq”
Oktyabr 11
08:53
2021
Xatırlayırsınızsa, ötən gün bir sıra media orqanlarında 44 günlük Vətən savaşı zamanı Azərbaycan Ordusunun işğal olunmuş ərazimizdə İran Silahlı Qüvvələrinə məxsus hərbi hissələrlə qarşılaşdığı barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, İrana məxsus həmin hərbi qüvvələrinin maneçiliyi səbəbindən Azərbaycan apardığı əməliyyatları bir neçə gün dayandırmalı olmuşdu.
Ovqat.com-un məlumatına görə, İran Xarici İşlər Nazirliyi "Nornews" nəşrinə verdiyi təkzib açıqlamasında bu fakta aydınlıq gətirib.
Məlumatda deyilir:
Azərbaycan Respublikasının bəzi KİV-lərinin, ötən il İranın sözügedən ölkə ərazisinə daxil olması ilə bağlı xəbərləri təkzib edilib.
Tamamilə yalan xəbər verən bəzi Azərbaycan mediaları, keçən il 44 günlük müharibə zamanı, İran hərbi qüvvələrinin Azərbaycan ərazisinə daxil olduğunu iddia etdi.
Hazırda Azərbaycanın daxilində iltihab yaratmaq və anti-İran atmosferini yaymaq məqsədi daşıyan şübhəli xəbər mənbələri, yalan məlumat verməklə, İranı Zəngilan rayonu və Soltanlı kəndinə hərbi təcavüzdə ittiham edirlər.
Bununla əlaqədar olaraq, İranın Daxili İşlər Nazirliyindəki məlumatlı bir mənbə, faktların Azərbaycan mediası tərəfindən təhrif edilməsindən şikayətlənərək, "Nornews"-ə bildirdi:
İran, Azərbaycan Respublikası ilə birlikdə, Araz çayı üzərində su səddi tikintisini imzaladı. Anlaşmada, sərhədin hər iki tərəfindəki barajın təhlükəsizlik məsuliyyəti İrana həvalə edildi. Müqaviləyə əsasən, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra, Azərbaycan sektorundakı bəndin yeni müqavilə əsasında Bakıya təhvil verilməsi qərara alındı.
Daha sonra mənbə əlavə etdi: "Azərbaycanın 44 günlük müharibəsi zamanı, Azərbaycan hərbi qüvvələri, əvvəlki razılaşmanı nəzərə almadan, texniki və təhlükəsizlik detallarını aydınlaşdırmadan və yeni şərtləri izah etməkdən imtina edərək, işğal olunmuş əraziləri azad etmək üçün irəliləyərkən, İran mühafizəçilərinin su səddinin şimalından çəkilmələrini istədilər. Onların bu istəkləri imkan daxilində və həmçinin məntiqli də deyildi."
Dövlət nümayəndəsi daha sonra əlavə etdi:

"Bir müddət sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə başqa nazirliklər arasında əldə edilən razılaşmalarla, iki ölkənin komandirlərinin iştirak etdiyi iclasda, səddin şimal hissəsinin təhlükəsizliyi təmin edildi və Azərbaycan qüvvələrinə təhvil verildi".