SON XƏBƏR

İran ABŞ-ı BMT-yə şikayət etdi

May 18
12:24 2020
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antonio Quterreşə ABŞ-dan şikayət məktubu göndərib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb İranın Venesuelaya neft daşımalarına müdaxilə etmək və qarşısını almaq məqsədilə ABŞ-ın Tehranı Karib dənizinə donanma göndərəcəyi ilə təhdid etməsidir. Zərif ABŞ-ın qanunsuz, təhlükəli və qızışdırıcı hədələrinin bir növ quldurluq və beynəlxalq sülh üçün təhlükə ərz etdiyini dilə gətirib. 

Nazir Vaşinqtonun qlobal müstəvidə güc tətbiq etməkdən imtina etməli, eyni zamanda beynəlxalq hüquququn aliliyi, o cümlədən açıq dənizlərdə daşımaların sərbəstliyinə hörmət etməli olduğunu vurğulayıb. O, hər hansısa bir qanun pozuntusu olsa, buna görə ABŞ-ın məsuliyyət daşıyacağını xatırladaraq, İranın bu təhdidlərə qarşı lazımi tədbirləri görmə haqqının olduğunu bildirib.

İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı isə məktubun göndərilməsindən sonra ABŞ-ın İrandakı diplomatik fəaliyyətlərini icra edən İsveçrənin Tehrandakı səfiri Markus Leytnerin nazirliyə çağırıldığını açıqlayıb. O, səfirdən İranın bu məsələ ilə bağlı mövqeyini ABŞ rəsmilərinə çatdırmağı tələb etdiklərini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook