İran AEBA-nın qətnaməsinə cavab olaraq yeni sentrifuqalar buraxıb
Noyabr 22
10:50
2024
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qətnaməsinə cavab olaraq yeni sentrifuqaları fəaliyyətə buraxdığını elan edib.
"Report” xəbər verir ki, məlumatı "Mehr” agentliyi yayıb.
İranın Atom Enerjisi üzrə Təşkilatı və Xarici İşlər Nazirliyinin birgə açıqlamasında qətnamənin siyasi motivli olduğu, reallığı əks etdirmədiyi və məhsuldar olmayacağı vurğulanıb.
Qeyd edək ki, AEBA-nın 35 dövlətin nümayəndəsindən ibarət Direktorlar Şurasında İranın nüvə proqramı ilə bağlı qətnamə qəbul edilib. Sənəddə Tehranın agentliklə əməkdaşlığı yaxşılaşdırması istənilib. Məlumata görə, yaza qədər əhatəli hesabat dərc ediləcək.
Qətnamə ABŞ-nin dəstəyi ilə Almaniya, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.