SON XƏBƏR

İran azərbaycanlıların “Elin” dərgisini qadağan etdi

Noyabr 07
12:31 2018
Marağa Universitetinin "Elin” öyrənci dərgisinin fəaliyyəti dayandırılıb.

Kult.az xəbər verir ki, Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağına aid dərgi "bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq” fəaliyyətində ittiham olunub.

Mətbuata Nəzarət Komitəsinin çıxardığı hökmə əsasən, dərginin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

Qadağa müddəti komitənin mayın 24-də dərgi ilə bağlı keçirdiyi iclasdan sonra hesab olunacaq.

Bundan əlavə, nəşrin məsul redaktoruna yazılı töhmət veriləcəyi barədə qərar qəbul olunub.

Qeyd edək ki, "Elin” dərgisi 13 və 14-cü sayını ötən qış aylarında buraxıb. Bundan sonra Marağa Universitetinin Nəşrlərə Nəzarət Komitəsi dərginin fəaliyyətini müvəqqəti olaraq dondurmuşdu. Fars və türk dillərində nəşr olunan "Elin” dərgisi 2010-cu ildən fəaliyyət göstərir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook