SON XƏBƏR

İran bankları Azərbaycanda fəaliyyətlərini genişləndirmək niyyətindədirlər

İyun 14
23:41 2016
Azərbaycan və İran İslam Respublikası arasında bankçılıq sahəsində də əlaqələr inkişaf edəcəkdir.
 
Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev KİV-lərə müsahibəsində bildirib.
 
İlkin razılaşmaya əsasən Azərbaycan bankları İranda, İran bankları isə Azərbaycanda fəaliyyətə başlayacaq. Hazırda Azərbaycan bankları qonşu ölkədə biznes mühitini öyrənirlər. İran bankları isə respublikamızda fəaliyyət göstərir və bunu genişləndirmək niyyətindədirlər.
 
Nazir diqqətə çatdırıb ki, dərman istehsalı sahəsində də İran –Azərbaycan əməkdaşlığı uğurla davam edir. İran dərman şirkətləri ölkəmizdə fəaliyyət göstərmək istəyirlər. Bu birgə müəssisə şəklində reallaşacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook