İran BMT-də səsvermə hüququndan məhrum edildi
İyun 03
16:45
2021
İran və Mərkəzi Afrika Respublikası (MAR) üzvlük haqqını ödəmədiklərinə görə BMT-nin Baş Assambleyasında səsvermə hüququndan məhrum ediliblər.
"Röyters"in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antoniu Qutyereşin Baş Assambleyanın sədri Volkan Bozkıra məktubunda bildirilir.
"Hazırda beş ölkənin BMT Nizamnaməsinin 19-cu maddəsinə əsasən borcları yaranıb”, - deyə məktubda qeyd edilir.
19-cu maddənin şərtlərinə görə, BMT üzvü olan dövlətin "borcunun məbləği daha əvvəlki iki il ərzində ödəməli olduğu məbləğə bərabər olarsa və ya onu üstələyərsə”, o, Baş Assambleyada səsvermə hüququnu itirir.
Baş Assambleya ödənişin gecikməsini dövlətdən asılı olmayan səbəblər nəticəsində baş verdiyini təsbit edərsə, ona səsvermədə iştirak icazəsi verə bilər.
Məktubda bəhs edilən beş dövlət - İran, MAR, Somali, Komor adaları, San-Tome və Prinsipidir.
Baş katibin məktubunda bildirilib ki, İran BMT-yə 16,251,298, MAR isə 29,395 ABŞ dolları ödəməlidir.