İran əhalisinə Hindistandan gətirilən ölü inəklərin ətini yedirmək məcburiyyətində qalıb?
Oktyabr 15
14:22
2018
Hindistandan Qazaxıstan və Azərbaycan vasitəsilə İrana ixrac edilən haram ət biznesində azərbaycanlı iş adamları aktiv rol oynayır
Qeyd edək ki, qısa müddət öncə İran Heyvandarlığa Dəstək Şirkətinin direktoru Əlireza Vali ölkəyə kifayət qədər ət idxal olunduğunu və idxal edilən məhsullarının dövlət tərəfindən qoyulmuş standartlara uyğunluğu iddiasında bulunsa da, elə İranın öz ekspertləri qırmızı ətin getdikcə bahalaşdığını və keyifəyətinin aşağı olduğunu bildirirlər.
Statistik məlumatlara görə, təkcə Məhərrəm ayında İrana xaricdən 1500 ton dondurulmuş ət idxal edilib. İİR rəsmi statistikasına görə, idxal edilən donduurlmuş ət Braziliyadan gətirilir. Braziliyadan dondururulmuş ətin ixrac olunması çox bahalıya başa gəldiyinə görə İranlı işbazlar başqa yola əl atıblar. Bəzi azərbaycanlı iş adamları ilə əlbir olan iranlı iş adamları daha çox gəlir əldə etmək məqsədi ilə İran əhalisinə üzərində Braziliya etiketi olan, əslində isə Hindistandan gətirilən ölü heyvan ətlərini satırlar.
Bu barədə ət ticarəti ilə məşğul olan tacirlər rəsmilərin yalan danışdığını vurğulayaraq redaksiyamıza ilginc məlumatlar veriblər.
Ət tacirlərinin iddiasına görə, hazırda Qazaxıstan istehsalı adı ilə İrana daxil olan dondurulmuş ətin payı artıb. Əslində isə İrana gətirilən həmin donmuş ət Qazaxıstandan deyil, Hindistandan gətirilir. Sadəcə, Hidnistanda heyvanlar şəriət qaydalarına uyğun kəsilmədiyindən, yəni haram olduğundan İran rəsmiləri bazarı ucuz ətlə təmin etməkdən ötrü bu fakta göz yumurlar.
Qeyd edək ki, Hindistanda iri buynuzlu heyvanların, dana, inək, camış ətinin yeyilməsi günah sayıldığından bu ölkədə ölmüş heyvanların ətini donduraraq xaricə satırlar. İranda da Hindistandan gətirilən ət haram sayıldığından həmin ətin ölkəyə idxalı qəti qadağandır. Lakin Azərbaycan və İran işbazları bu qadağadan qaçmanın da yolunu tapıblar. PİA.az-a daxil olan məlumatda bildirilir ki, azərbaycanlı və iranlı iş adamları əti ucuz qiymətə Hindistandan alaraq Qazaxıstana gətirir, sonra Qazaxıstanda qurduqları şirkətdən həmin əti alaraq İrana idxal edirlər. Həmin haram ət Azərbaycandan keçərək İrana göndərilir.
Bir daha qeyd edək ki, bu ticarətdə əsasən, İran və Azərbaycan işbazları rol oynayır. Mənbəmizin iddiasına görə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi də bu əməliyyatlardan xəbərdardır. Lakin böhran islam İranının rəhbərlərini əhalisinə haram ət yedizdirmək məcburiyyətində qoyub və buna görə də nə səfirlik, nə də İİR Kənd Təsərrüfatının İnkişafı və Sənayesi qurumu bu faktla bağlı səsini çıxarmır.
Məsələnin daha bir ilginc tərəfi Azərbaycan gömrük məmurlarının da Hindistan-Qazaxıstan –Azərbaycan – İran marşrutu ilə daşınan haram ət biznesində iştirak etməsidir. Bu ətlərdən Azərbaycan daxilində istifadə olunub-olunmamasını isə araşdırırıq...
Mənbə: Pia.az
Qlobal.az