SON XƏBƏR

İran-Ermənistan elektrik xəttinin tikintisi təxirə salınıb

Sentyabr 23
11:04 2019
İranla Ermənistan arasında üçüncü elektrik ötürücüsü xəttinin tikintisi təxirə salınıb.

"Report” xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən "Sputnik Armeniya”nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, tikinti işləri 2020-ci ilin sonunadək dayandırılıb. Layihənin reallaşmasının təxirə salınmasının səbəblərindən biri kimi İranın bank sistemində yaranmış vəziyyət göstərilib.

Xatırladaq ki, İran-Ermənistan üçüncü elektrik ötürücüsü xəttinin tikintisinin 2019-cu il sentyabrın 1-də başa çatacağı planlaşdırılırdı. Əsas podratçısı İranın "Sunir” şirkətidir. Layihənin ümumi dəyəri 107,9 milyon avrodur. Bunu 77 faizi İranın İxracatın İnkişafı Bankının, 23 faizi isə "Sunir” payına düşür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook