İran-İsrail hərbi qarşıdurması:Ruhani ilə general Baqeri arasında münaqişə
May 11
15:33
2018
İsrailin mayın 10-na keçən gecə Suriya ərazisindən İran qüvvələrinin Golan təpələrindəki mövqeləri raket atəşinə tutmasına cavab olaraq həyata keçirdiyi irimiqyaslı əməliyyatla bağlı yeni detallar üzə çıxıb
Virtualaz.org xəbər verir ki, Rusiya İran rəhbərliyini Suriya ərazisindən İsrail mövqelərinə atəş açmaqdan çəkindirməyə çalışıb və bu məqsədlə xarici işlər nazirinin müavini Sergey Ryabkov mayın 9-da təcili Tehrana ezam edilib.
Londonda nəşr edilən "Asharq Al-Awsat” adlı ərəb qəzetinin yazdığına görə Sergey Ryabkov president Vladimir Putinin göstərişi əsasında Tehrana təcili səfər edərək İran xarici işlər nazirinin müavini Abbas Araqçi ilə görüşüb. Bu, Moskvada Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında danışıqlardan dərhal sonra baş verib.
Məlumata görə Ryabkov İran rəhbərliyinə İsrail mövqelərinin atəşə tutulmasından çəkinmək barədə məktub çatdırıb. Moskva xəbərdarlıq edib ki, İsrail hakimiyyəti istənilən hərbi təxribata qarşı sərt reaksiya verəcək. Ryabkov Tehranda bir neçə görüş keçirib və İran rəhbərliyinə İsrailin mövqeyini çatdırıb. Məlumatda deyilir ki, daha sonra İran Milli Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı "qızğın diskussiyalar” olub.
Şuraya yaxın mənbələr deyiblər ki, bu müzakirələr zamanı prezident Həsən Ruhani ilə İran ordusunun Baş qərargah rəisi, general Məhəmməd Baqeri arasında münaqişə yaranıb. Belə iddia olunur ki, Baqeri İsrail mövqelərinə zərbə endirilməsində israr edib, Ruhani isə bunun ABŞ-ın nüvə razılaşmasından çıxdığı bir vaxtda Rusiya, Çin və Avropa İttifaqı ilə münasibətlərə mənfi təsir göstərə biləcəyini deyib. Mənbənin bildirdiyinə görə prezident Ruhani general Baqerini "nüvə sövdələşməsini qəsdən sabotaj etməkdə” günahlandırıb.
Xəbər verildiyi kimi İsrail mövqelərinə Suriya ərazisndən sovet istehsalı "Uraqan” reaktiv yaylım atəşi sistemindən 20-yədək raket buraxılıb. İsrail tərəfi raketlərin heç bir zərər vurmadığını və "Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini bildirir. Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Suriyadakı İran hərbi bazalarına və cəmləşmə nöqtələrinə, habelə Suriyanın havadan müdafiə sistemlərinə, silah anbarlarına kütləvi zərbələr endirib. Bu zərbələr nəticəsində İranın Suriyadakı hərbi iştirakı ciddi zəiflədilib.