İran İsraildən tədarük etdiyi neftin pulunu tələb edib
Sentyabr 07
13:57
2020
İran İsraildən Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərindən qalma ödənilməyən neftin pulunun 1,1 mlrd ABŞ dolları məbləğində kompensasiyasını ödəməyi ilə bağlı İsverçrə məhkəməsinin çıxardığı hökmün icrasını tələb edib. "Report” xəbər verir ki, məlumatı İLNA agentliyi yayıb.
2016-cı ilin yayında Lozanna İsveçrə Federal Məhkəməsi İsrailin İrana 1,1 mlrd ABŞ dolları məbləğində kompensasiya, ödənilməyən neftin pulunun faizinin, 460 min dollar məbləğində məhkəmə xərcinin ödənilməsi barədə qərar çıxarıb.