İran Ermənistanın köməyinə gəlməyəcək. Bunu istəsə belə, Paşinyan buna imkan verməyəcək. Söhbət Zəngəzur dəhlizindən gedir.
"AzPolitika” xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyan erməni mətbuatına açıqlamasında deyib. Baqratyan Paşinyanın guya Zəngəzur məsələsində Türkiyə və Azərbaycanla anlaşdığını qeyd edib: "Paşinyan dedi ki, biz bunu Türkiyə - Azərbaycan tandemi ilə bölüşmək qərarına gəldik. O, azərbaycanlıların da burada(Zəngəzurda-red.) yaşaması üçün danışıqlar aparır. Əgər İran təhlükəni neytrallaşdıra bilsə belə, o zaman mövcud rejim hakimiyyətdə qalsa, İranın müdaxiləsinə imkan verməyəcək”.