SON XƏBƏR

İran milli valyutanın denominasiyası haqda qanun layihəsini təsdiqlədi

May 04
15:46 2020
İran parlamenti milli valyutanın denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, qanun layihəsi parlamentin açıq iclasında deputatlar tərəfindən təsdiqlənib.

Bundan sonra qanun layihəsi Konstitusiyanın qorunması Şurasına təhvil veriləcək. Şura bu qanunun Əsas Qanuna, eləcə də İslam standartlarına uyğunluğunu yoxlayacaq.

Xatırladaq ki, İran hökuməti 2019-cu ildə bir layihə təklif edib. Bu pul vahidi olan rialdan tümənə keçidi nəzərdə tutur. Bu, milli valyutada dörd sıfrı atmaq üçün ediləcək.

Qeyd edək ki, denominasiya – pul vahidinin möhkəmləndirilməsi və müəyyən nizama salınmasıdır. Bu pul islahatının bir neçə növü var:

Restavrasiya (revalvasiya) – milli valyutanın ödəniş qabiliyyətinin artırılması.

Nullifikasiya – köhnə pul vahidinin yenisi ilə əvəz edilməsi.

Devalvasiya – milli valyutanın əcnəbi valyutalara münasibətdə dəyərinin endirilməsidir.

Denominasiya iqtisadiyyatda pulun real dəyərini dəyişir və bununla birlikdə qiymətlərin hesablanmasında, əmək haqlarında, təqaüdlərdə və s. ödənişlərdə dəyişikliklər baş verir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook