"İran nüvə enerjisinə sülh məqsədləri üçün can atmır" - İsrail Prezidenti
İyul 20
09:17
2023
"İran nüvə enerjisinə sülh məqsədləri üçün can atmır, İsrail və ABŞ Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün birlikdə çalışmalıdır".
"İsrail və ABŞ-nin hazırda üzləşdiyi ən böyük problem İranın nüvə proqramıdır. İran sabitliyə təhlükə yaradaraq nüvə potensialını artırır", - İsrail Prezidenti bildirib.
İsrail Prezidenti vurğulayıb ki, yəhudi dövləti İranla münaqişəyə can atmır.
"Report" xəbər verir ki, bu sözləri İsrail Prezidenti İsaak Hersoq ABŞ Konqresinin iclasında deyib.
"İsrail və ABŞ-nin hazırda üzləşdiyi ən böyük problem İranın nüvə proqramıdır. İran sabitliyə təhlükə yaradaraq nüvə potensialını artırır", - İsrail Prezidenti bildirib.
Hersoqun sözlərinə görə, İranın nəzarəti və ya təsiri altında olan bütün bölgələr və ölkələr tamamilə xarabalığa çevrilib. O, nümunə olaraq Qəzza, İran, Yəmən, Livan, Suriyanı göstərib.