İran parlamenti bu gün Xəzəryanı dövlətlərlə iqtisadi və ticarət razılaşması (konvensiyası) layihəsini təsdiqləyib.
Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib.
Məlumata görə, 162 deputat layihənin lehinə, 7-si əleyhinə səs verib. 7 deputat bitərəf qalıb.