İran parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
May 30
11:56
2024
İran parlamentində deputatlar arasında yaşanan mübahisə əlbəyaxa davaya çevrilib.
Qeyd edək ki, parlamentə seçkilər martın 1-də keçirilib.
"Report” xəbər verir ki, məlumatı "Hamshahri Online” yayıb.
Bildirilib ki, mandatlar elan olunan zaman deputatlar Malik Şəriəti və Qulamrza Tacgerdun bir-birinə əl işarəsi göstəriblər, bu isə mübahisəyə və əlbəyaxa davaya səbəb olub. Bunun ardınca onların tərəfdarları da davaya qarışıb.
Məlumata görə, yeni parlamentin mayın 30-da keçirilən iclasında deputatların səlahiyyətləri təsdiqlənir. Mayın 29-da Malik Şəriətinin başçılıq etdiyi nümayəndələr parlamentin Rəyasət Heyətinə Qulamrzanın səlahiyyətlərinin təsdiqinə etiraz məktubu təqdim edib.
Qulamrza Tajgerdunun tərəfdarları isə bu gün onlara cavab veriblər.