SON XƏBƏR

İran Rusiyaya min ədəd PUA verə bilərmi? - Jdanov cavab verib

Avqust 18
12:19 2022
Hərbi ekspert Oleq Jdanov şübhə edir ki, İran Rusiyaya min ədəd "Shaved 129” PUA-sı verə bilər. Öz mövqeyini o, YouTube kanalında səsləndirib («UNİAN»).
«İranın bu PUA-ların istehsal imkanlarına çox şübhə edirəm» - o, bəyan edib.

Ekspert əlavə edib ki, hər şeydən göründüyü kimi, hazırda İran belə PUA-ların ildə 9-10 ədədini istehsal edir. Hətta Türkiyənin "Bayraktar” istehsal edən zavodu texnologiyalara çıxışına və miqyaslı güclərinə baxmayaraq, ildə 200 ədəd PUA istehsal edir, Jdanov müqayisə edib.

Ona görə, ekspert şübhə edir ki, sanksiyalar altında olan İran bu kontraktı icra edə bilər. «Onlarda yığım zavod yığımı yox, yarımkustar yığımdır».

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya İrana min ədəd "Shaved 129” zərbə-kəşfiyyat PUA-sı sifariş edib.

Oleq Jdanov bu PUA-ların vurulmasının nə qədər çətin olması barədə suala cavab verməkdə çətinlik çəkib.

«İran PUA-larının vurulmasının nə qədər çətin olması barədə bir söz deməyəcəm, çünki biz, hələ onları vurmamışıq. Amma situasiya aydınlaşır. Onlar nə vaxt hazır olacaq? - bunu da demək çətindir. Minimum bir ay. Başqa sözlə, cəbhədə PUA-lar avqustun axırında, sentyabrın əvvəlində meydana çıxa bilər».



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook