SON XƏBƏR

İran şirkətləri Meğri azad iqtisadi zonasına investisiya qoyacaq

Noyabr 19
15:14 2021
İran şirkətləri Ermənistanın Meğri azad iqtisadi zonasına investisiya qoyacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Vahan Kerobyan bildirib.

Jurnalistlərə açıqlama verən Vahan Kerobyan Zəngəzurdakı investisiya proqramlarından danışıb: "İranın öyük şirkətlərinin Meğri azad iqtisadi zonasına investisiyaları ilə bağlı proqram hökumətin növbəti iclasına təqdim olunacaq və təsdiq edildikdən dərhal sonra həyata keçiriləcək. Bundan başqa, bir çox başqa layihələr var, xüsusən də turizm layihələri. Bizim Meğridə "İzmiryan” fondu ilə birlikdə həyata keçirdiyimiz olduqca yaxşı bir layihəmiz var".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook