SON XƏBƏR

İran Suriya ordusunu yenidən quracaq

Avqust 28
17:56 2018
Rəsmi Tehran Suriya ordusunun yenidən qurulması və modernləşdirilməsi işində Bəşər Əsəd hökumətinə tam və hərtərəfli dəstək verəcək.
 
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İranın müdafiə naziri Əmir Hatəmi Livanın "Əl-Miyadin” telekanalına müsahibəsində hərbi əməkdaşlıq barədə Suriya ilə imzaladıqları müqaviləni şərh edərkən belə deyib.
 
"Bu gün ən vacib vəzifəmiz Suriyada Əsəd hökuməti ordusunun bərpasıdır. Müqavilənin vacib bəndlərindən biri də elə Suriya ordusu və müdafiə sənayesinin yenidən qurulmasıdır. İmzalanan ikitərəfli hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Tehran Dəməşqə istənilən hərbi köməyi göstərəcək. İranın Suriyadakı hərbi mövcudluğu leqitim hökumətin xahişinə əsaslanır və üçüncü ölkələr bu məsələni şərh edə bilməzlər”, - deyə iranlı nazir vurğulayıb.
 
Qeyd edək ki, Suriya böhranı başladıqdan sonra İran 2013-cü ildən etibarən Bəşər Əsəd rejiminin müttəfiqi kimi çıxış edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook