İran tibbi məhsulların ixracını qadağan etdi
Aprel 15
11:22
2020
İran koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar olaraq tibbi avadanlıq və pereparatların ixracatını qadağan edib.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın ticarətin inkişafı təşkilatının rəhbəri, sənaye və ticarət nazirinin müavini Həmid Zadbum bildirib.
Onun sözləinrə görə, bura bir sıra tibbi məhsullar, o cümlədən maska, onun hazırlanmasında istifadə edilən parça və materiallar, virusdan müdafiə geyimlərinin ixracatı daxildir: "Bu qadağa həmin avadanlıq və məhsullara özümüzün ehtiyacı oluduğunu göstərir. Qadağa daxili bazarın tələbatı ödəməsindək qüvvədə qalacaq”.